Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
ATB tədbirdə yerli turizm sənayesi tərəfdaşları, Bakı Konqres Mərkəzi və “MICE & Travel” şirkəti ilə birlikdə Azərbaycanı təmsil edir.
Platforma çərçivəsində Azərbaycanın işgüzar turizm sahəsində artan potensialı, eləcə də beynəlxalq konfranslar və irimiqyaslı tədbirlərin təşkili üçün mövcud infrastruktur və imkanlar beynəlxalq iştirakçılara təqdim olunur.
“Connect Marketplace Hong Kong” (CMHK) Asiya regionunda işgüzar tədbirlər sənayesi üzrə aparıcı B2B platformalardan biri hesab olunur və qlobal alıcılar ilə təchizatçıları bir araya gətirərək yeni tərəfdaşlıqların qurulmasını təşviq edir. Tədbir iştirakçılara əsas qərarverici şəxslərlə birbaşa əlaqə qurmaq, Asiya bazarında mövqelərini genişləndirmək və biznes əlaqələrini inkişaf etdirmək üçün əlverişli imkan yaradır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.