UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda məğlub etdiyi (1:0) "Liverpul" ilə bu gecə cavab matçına çıxacaq "Qalatasaray"ın baş məşqçisi Okan Buruk İngiltərədəki görüş ərəfəsində baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Onlar bizi, biz də onları tanıyırıq. Düşnürəm ki, əvvəlki oyunlarda atletik keyfiyyətləri ilə seçilən rəqibə qarşı biz də atletizm nümayiş etdirməyi bacarmışıq. Daha öncə də dediyim kimi, qələbəyə oynayacağıq. Yəni qol buraxmamaq üçün yox, təhlükəli vəziyyətlər yaratmaq, şanslarımızdan faydalanmaq üçün mübarizə aparacağıq.
Əlbəttə, Davinson Sançesin yoxluğu ciddi itkidir, ancaq onun əvəzinə meydana çıxmağa hazır olan başqa dostlarımız da var.
Bu stadionda olmaq, oyun haqda düşünmək olduqca xoşdur. Hə, Çempionlar Liqasında eniş və yüksəlişlərimiz olub, çətinliklər bizə təcrübə qazandırıb. Həmin təcrübədən meydanda istifadə etməliyik. Bu yalnız "Qalatasaray" yox, Türkiyə futbolu üçün önəmli gecə olacaq. Çox yaxşı komandaya qarşı oynayacağıq. Bu rəqibi evdə iki dəfə məğlub etmişik. İndi bizi yeni macəra, səfər matçı gözləyir. Oyunçularıma inanıram. Futbolçularımın burada bütün güclərini səfərbər etmələrini arzulayıram. İngiltərədən mərhələni adlayaraq ayrılmaq istəyirik. Ümid edirəm ki, arzumuzu həyata keçirəcəyik".
Xatırladaq ki, "Liverpul" - "Qalatasaray" cütünün qalibi 1/4 finalda PSJ ilə üz-üzə gələcək.
Toğrul