AZ

Avropanın Ukrayna danışıqlarında iştirakı zəruri deyil - Kreml

Kreml Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda iştirakını zəruri saymır.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov, Fransa ilə əlaqələrin davam etdiyini qeyd edib, lakin Rusiyanın heç bir “müsbət siqnal” almadığını əlavə edib. Finlandiya Prezidenti Aleksandr Stubb isə Avropanın tezliklə Rusiya ilə siyasi dialoq kanallarını açmalı olduğunu vurğulayıb.

Bloomberg məlumatına görə, Fransa Prezidentinin müşaviri Emmanuel Bonne fevralda Moskvaya səfər edərək Avropanın münaqişənin həllində iştirakına çalışıb.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
83
missiya.az

1Mənbələr