AZ

Piylənmədən qurtulmaq istəyənlər tələyə düşür – Arıqlama iynələrinin gizli təhlükəs

Son dövrlərdə arıqlamaq məqsədilə istifadə olunan iynələrə maraq nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələrdə geniş yayılması və sürətli nəticə vədləri bu vasitələri daha da populyar edib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cür preparatların nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

Endokrinoloq Ləman Süleymanova Missiya.Az-a açıqlamasında bildirib ki, arıqlama iynələri həddən artıq təhlükəlidir və bu sahə bəzi hallarda sui-istifadəyə açıqdır.

Onun sözlərinə görə, piylənmə müasir cəmiyyətin qlobal problemlərindən biridir və bu vəziyyət bir çox hallarda müxtəlif işbazların maraq dairəsinə çevrilir.

Həkim qeyd edib ki, piylənmənin əsas səbəbləri sırasında düzgün qidalanmama, passiv həyat tərzi və maddələr mübadiləsinin zəifliyi dayanır:

"Lakin bəzi insanlar qısa müddətdə arıqlamaq istədikləri üçün mütəxəssis nəzarəti olmadan müxtəlif vasitələrə, o cümlədən internet üzərindən sifariş edilən mənşəyi bilinməyən məhsullara və “arıqlama marafonları”na üz tuturlar.

Ən təhlükəli məqam isə odur ki, bəzi hallarda insanlar arıqlamaq üçün həkimə müraciət etsələr də, onlara düşünülməmiş şəkildə iynələr təyin olunur. Hətta bəzi şirkətlərin həkimlərlə əməkdaşlıq etdiyi iddiaları da var. Bu cür preparatların istifadəsi ciddi fəsadlara, o cümlədən mədəaltı vəzi xərçəngi riskinə belə səbəb ola bilər”, – deyə o vurğulayıb.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
50
missiya.az

1Mənbələr