AZ

Arda Gülər vurduğu möhtəşəm qolun sirrini açdı - VİDEO

İspaniyanın “Real” furbol klubunun yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu 68 metrlik qol futbol dünyasında böyük əks-səda doğurub. Meydannın mərkəzindən rəqib qapısını dəqiq nişan alan 21 yaşlı futbolçu bu performansı ilə La Liqa tarixinə düşüb.

İdman.Biz xəbər verir ki, Arda Gülər vurduğu qol barədə ilk dəfə açıqlama verib.

“Çox şükür. Uzun zamandır bunu sınayırdım. Belə bir qol vurduğum üçün çox xoşbəxtəm. Qapıçının önə çıxdığını gördüm və şansımı sınamağa qərar verdim. Bu, mənim üçün çox xüsusi bir andır”, - deyə Arda bildirib.

La Liqanın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib. Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib. Matçdan sonra gənc ulduz sosial şəbəkə hesabında qolun videosunu “Bunu evdə sınamayın” qeydi ilə paylaşaraq izləyicilərini güldürüb.

İdman.Biz
Seçilən
66
idman.biz

1Mənbələr