AZ

Bu 3 ölkə böyük təhdiddir: İsveç siyahını açıqladı

İsveç Təhlükəsizlik Polisi (SAPO) ölkənin üzləşdiyi ən böyük təhdidlərlə bağlı illik hesabatını yayıb.

Publika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hesabatda Rusiya, Çin və İran İsveç üçün "ən böyük təhdid" elan edilib.

Təhlükəsizlik xidməti son illərdə xüsusilə Rusiya dövlətindən gələn təhlükələrin artdığı barədə xəbərdarlıq edib.

Bildirilir ki, Rusiya Ukraynadakı müharibəni dəstəkləmək üçün Avropa boyu sabitliyi pozan hibrid hücumlar daxil olmaqla, getdikcə daha riskli addımlar atır.

İran da uzun müddətdir ki, "ciddi təhlükə" hesab olunur. Hakimiyyət orqanları İsveçdəki cinayətkar şəbəkələrin dövlət strukturları tərəfindən zorakılıq aktları törətmək üçün istifadə edilməsinə diqqət çəkib.

Seçilən
13
1
publika.az

2Mənbələr