AZ

“Oskar” - “O əjdahadan bizdə niyə yoxdur” sualı

1995-ci ildə Rüstəm İbrahimbəyovun “Ən yaxşı xarici dildə film” kateqoriyasında mükafata layiq görülməsi hələ də birinci və sonuncu hesab olunur...

Ötən həftəsonu ABŞ Kino Akademiyası “Oskar” üzrə növbəti mükafatlandırma mərasimi keçirib. Gözlənildiyi kimi, bu ilin favoritləri “Döyüş ardınca döyüş” və “Günahkarlar” olub.

“Oskar” dünya kino sənayesinin ən nüfuzlu və prestijli mükafatlarından biridir. Bu mükafat kino sənayesində ən yaxşı filmləri, aktyorları, rejissorları və digər yaradıcı şəxsləri qiymətləndirmək məqsədilə təqdim olunur. Mükafat hər il ABŞ-də keçirilən möhtəşəm mərasimdə təqdim edilir və kino dünyasının ən mühüm hadisələrindən biri hesab olunur.

Amerika Kino Akademiyasının ilk mükafatlandırma mərasimi 16 may 1929-cu ildə “The Hollywood Roosevelt Hotel” hotelində baş tutub. Cəmi 15 dəqiqə davam edən tədbirdə təxminən 250 nəfər iştirak edib. Maraqlıdır ki, həmin vaxt mükafat hələ “Oskar” adlanmırdı. Bu ad yalnız 1939-cu ildə rəsmi şəkildə qəbul edilib.

“Oskar” adının mənşəyi isə məlum deyil.

Mükafatın niyə “Oskar” adlandığı ilə bağlı dəqiq fikir yoxdur. Aktrisa Bett Deyvis iddia edirdi ki, heykəlcik ona həyat yoldaşı Harmon Oskar Nelsonu xatırladıb. Daha məşhur versiyaya görə isə bu ad Kino Akademiyasının gələcək icraçı direktoru Marqaret Herrik tərəfindən verilib. Belə ki, o, 1931-ci ildə heykəlciyin dayısı Oskara bənzədiyini demişdi.

Heykəlciyin ölçüləri və tarixi

“Oskar” heykəlciyinin hündürlüyü 33,5 sm, çəkisi isə təxminən 3,85 kq-dır.

Əvvəllər o, bürüncdən hazırlanırdı. Lakin İkinci Dünya müharibəsi dövründə metal çatışmazlığı səbəbindən 1941-1945-ci illərdə mükafatlar gipsdən hazırlanmışdı. Müharibədən sonra qaliblərə metal variantları təqdim olundu.

Heykəlciyin dizaynını Sedrik Gibbons hazırlayıb - qılınc tutan və kinolent üzərində dayanan cəngavər obrazı.

Model kimi isə meksikalı rejissor və aktyor Emilio Fernandes seçilib.

“Oskar” haqda daha bir maraqlı fakt. Belə ki, mükafatlandırmada heç-heçə mümkündür. Bu çox nadir baş versə də, səsvermədə heç-heçə mümkündür. Məsələn, 1969-cu ildə “Ən yaxşı qadın rolu” mükafatı Ketrin Hepbern və Barbra Streysand arasında bölüşdürülüb.

Yeganə istisna “Ən yaxşı film” nominasiyasıdır - burada heç-heçə mümkün deyil.

1939-cu ildə Hetti MakDeniel “Küləklə sovrulanlar” filmindəki roluna görə “Ən yaxşı ikinci planda qadın aktrisa” mükafatını qazanan ilk qaradərili kimi tarixə düşüb. Lakin o, ağdərili həmkarlarından ayrı teatrın arxasında oturmağa məcbur olub.

“Oskar” tarixində ən uzun ayaq üstə alqışlar 12 dəqiqə davam edib. 1952-ci ildə səssiz kino əfsanəsi Çarli Çaplin “Limelight” filminin premyerası üçün ABŞ-dən Londona səyahət edib. Gedişindən bir gün sonra hökumət əleyhinə fəaliyyət şübhələri səbəbindən ABŞ-yə geri qayıtmasına icazə verilməyib. Çaplin Avropada qalıb və İsveçrənin qərbindəki Veveydə məskunlaşıb. Ona ABŞ-yə qayıtması üçün 1972-ci ildə qısamüddətli səfər üçün viza verildi. Həmin il o, “kinonun bir sənət növü kimi qurulmasındakı əvəzsiz töhfəsinə” görə fəxri “Oskar”a layiq görüldü. Tamaşaçılar Çaplini 12 dəqiqə davam edən ayaq üstə alqışladılar.

Uolt Disney isə ən çox  “Oskar” qazanan rekordçu olaraq qalır. Uolt Disney 59 nominasiyadan 25 mükafatı (o cümlədən kinematoqrafiyada görkəmli nailiyyətlərə görə üçü) var. O, ilk mükafatını 1932-ci ildə “Çiçəklər və Ağaclar” qısametrajlı animasiya filminə görə qazanıb. Daha sonra animator demək olar ki, hər il nominasiyalar alıb. 1938-ci ildə akademiya Uolta “Qar Ağ və Yeddi Cırtdan” filminə görə xüsusi mükafat verdi. Bu mükafat bir adi ölçülü heykəlcikdən və yeddi kiçik heykəlcikdən ibarət idi.

“Oskar”ı satmaq olar - amma şərtlərlə

1950-ci ildən qaydaya əsasən, qalib və ya onun varisləri heykəlciyi satmaq istədikdə, əvvəlcə onu Kino Akademiyasına 1 dollar qiymətinə təklif etməlidirlər. Lakin istisnalar da olub. Məsələn, Orson Uells “Oskar”ı Vətəndaş Keyn filmi üçün almışdı. 2011-ci ildə onun varisləri bu heykəlciyi 861 542 dollara satıblar və məhkəmədə sübut ediblər ki, Uells belə bir öhdəlik sənədi imzalamayıb.

 “Oskar” Azərbaycan kinosu üçün də müəyyən mənada əhəmiyyətli olub. Azərbaycanlı rejissorlar, aktyorlar və kino xadimləri bu mükafatın müxtəlif mərhələlərində iştirak etmiş, bəzi filmlər isə rəsmi şəkildə namizədliyə təqdim edilmişdir.

Bu filmlər arasında bir neçə məşhur nümunə var:

Sahə (1997) - rejissor Rüstəm İbrahimbəyov.

Nabat (2014) - rejissor Elçin Musaoğlu.

Çölçü (2012) - rejissor Şamil Əliyev.

Nar bağı (2017) - rejissor İlqar Nəcəf.

Bu filmlər Kino Akademiyasının uzun siyahısına təqdim olunsa da, hələlik heç biri final namizədlər siyahısına daxil ola bilməyib.

Azərbaycan kinosunun “Oskar”la ən böyük əlaqəsi məşhur ssenarist və prodüser mərhum Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır. O, Nikita Mixalkovla birlikdə yazdığı “Burnt by the Sun” (“Günəşdən usanmışlar”)  filminin ssenarisinə görə böyük uğur qazanıb. Film 1995-ci ildə “Ən yaxşı xarici dildə film” kateqoriyasında “Oskar”  mükafatını qazanıb. Bu, azərbaycanlı müəllifin “Oskar”la bağlı ən böyük nailiyyətlərindən hələ ki birinci və sonuncusu hesab olunur.

“Yeni Müsavat”

Seçilən
69
musavat.com

1Mənbələr