Sahibkar Sabit Məmmədov çətin günlərindən danışıb.
News365.az xəbər
verir ki, sahibkar uşaqlığının yoxsulluq içində keçdiyini deyib:
“Uşaq vaxtı məktəb çantası almağa imkanımız yox idi. Mən dəftər kitabı bir
torbaya yığıb dərsə gedirdim. Sinif yoldaşlarım isə mənə gülürdü ki, niyə bir
çantan yoxdur. Bu mənə biraz pis təsir edirdi. Bir gün 8-ci km bazarının
qabağında atama kömək etmək üçün “klok” satırdım. Bu vaxt bir sinif yoldaşım məni
gördü, gözünü qaçırdı. Mən salam verdim, o salamımı almadı. Gedib məktəbdə məni
“klok” satan yerdə gördüyünü danışmışdı. Uşaqlar yenə mənə güldülər. Bu da mənə
pis təsir etdi. Uşaq olsam da səhv bir iş görmədiyimi anlayırdım, amma
uşaqların davranışı mənə pis təsir edir”.