AZ

Bu bizim cari mövsüm ən yüksək səviyyəmiz idi Mikel Arteta razı qalıb

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında ilk oyunda bərabərə qaldığı (1:1) "Bayer Leverkuzen"i 2:0 hesabı ilə üstələyərək 1/4 finala yüksələn "Arsenal"ın baş məşqçisi Mikel Arteta Londondakı matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Komanda möhtəşəm göründü. Əla başladıq, tam şəkildə dominantlıq etdik və çox sayda qol epizodu yaratdıq. Onların qapıçısı ilk hissədə olduqca inamlı idi. "Arsenal" həm fərdi, həm də komanda şəklində əla oynadı. Bu bizim cari mövsüm ən yaxşı səviyyəmiz idi". 

Xatırladaq ki, "Arsenal" 1/4 finalda "Sportinq"lə üz-üzə gələcək.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
fanat.az

2Mənbələr