AZ

WUF13 Kiyevdə təqdim olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Kiyev, 18 mart, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə Bakı şəhərində təşkil olunacaq 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) ilə bağlı xüsusi təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və BMT-Habitat Ofisinin dəstəyi ilə Ukrayna Diplomatik Akademiyasında keçirilən tədbirdə çıxış edən səfir Seymur Mərdəliyev bildirib ki, tədbirin əhəmiyyətindən danışıb.

“Bu mühüm forumu Bakıda keçirməklə, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirəyə töhfə verməyi və davamlı inkişafa sadiq olan ölkələr, qurumlar və maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməyi hədəfləyirik”, - deyə səfir əlavə edib.

S.Mərdəliyev bildirib ki, Azərbaycan gələcək nəsillərin ehtiyaclarını ödəyən şəhərlər formalaşdırmağa çalışır. Xüsusilə, Azərbaycanın azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində "ağıllı şəhərlər" və "ağıllı kəndlər"in inkişafı kimi iddialı təşəbbüslər təşviq edilir.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin və Ümumdünya Şəhər Forumunun (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva onlayn təqdimatla çıxış edib. Bildirib ki, WUF13-ə ev sahibliyi etməklə Azərbaycan mənzil və şəhər dayanıqlılığı məsələlərini ən yüksək siyasi səviyyədə mövqeləndirməyə, müxtəlif milli kontekstlərə cavab verən praktik və miqyaslana bilən həlləri təşviq etməyə çalışır.

Ukraynalı deputatlar Volodimir Kreydenko və Yelena Şulyak WUF13 tədbirinin dünya şəhərsalma probleminin həllinə verəcəyi töhfədən danışıblar.

Tədbir panel iclasla davam edib. Ukraynada şəhərsalma, dağılmış evlərin bərpası, evlərin çatışmazlığı, onların kommunikasiya uyğunluğu barədə fikir mübadiləsi aparılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
azertag.az

2Mənbələr