İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnvestra Kredit İttifaqı" MMC-ni dövlət qeydiyyatına alıb.
Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Masallı şəhəri, Səməd Vurğun küçəsi, 4, döngə 1, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Əliqismət Ocaqəli oğlu Məhərrəmovdur.
Xatırladaq ki, hazırda Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyasına malik 35 kredit ittifaqı var.