
İranın kəşfiyyat naziri İsmayıl Xətib Tehranda İsrailin hava hücumu nəticəsində gecə saatlarında öldürülüb.
Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat yayıb.
“İranda zərbələrin intensivliyi artır. İranın kəşfiyyat naziri İsmayıl Xətib də bir gecədə məhv edildi”, - deyə siyasətçi vurğulayıb.
O bu gün İrana qarşı "əhəmiyyətli sürprizlərin" gözlənildiyini də bildirib.
Katz qeyd edib ki, o və Baş nazir Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə "əlavə təsdiqə ehtiyac olmadan istənilən yüksək vəzifəli İran fiqurunu məhv etmək səlahiyyəti veriblər".
Daşqın HəsənovMissiya.Az