AZ

Rayonlarda hava qəfil dəyişir – SABAHIN PROQNOZU

Martın 19-na Bakıda və rayonlarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5–7° isti, gündüz 10–15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 75–85% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5–10° isti, gündüz 15–20° isti, dağlarda gecə 1–6° isti, gündüz 8–13° isti olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda Əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1–6° isti, gündüz 15–20° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1–6° isti, gündüz 8–13° isti olacaq. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2–7° isti, gündüz 10–15° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5–9° isti, gündüz 13–18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2–7° isti, gündüz 12–17° isti, dağlarda gecə 0–5° şaxta, gündüz 5–10° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada da hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5–10° isti, gündüz 15–20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7–10° isti, gündüz 12–17° isti, dağlarda gecə 4–6° isti, gündüz 9–13° isti olacaq.

 


Telegram kanalımız
Seçilən
25
49
yenisabah.az

10Mənbələr