AZ

Zelenskiyə etimad artıb Ukraynalılar seçki istəyirmi? + SORĞU

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Hazırda ukraynalıların 62%-i Prezident Volodimir Zelenskiyə etibar edir ki, bu da fevral ayı ilə müqayisədə 9 faiz bəndi çoxdur. 

“AzPoilitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən mart ayında aparılan sorğunun nəticələri bunu göstərir.

V. Zelenskiyə etimad əvvəlki səviyyələrə qayıdıb və 62%-ə çatıb. Etibarsızlıq səviyyəsi 32%-dir və etibar-etibarsızlıq balansı +30%-dir.

Sosioloqlar xatırladıblar ki, 2026-cı ilin yanvar ayının sonu ilə fevral ayının ortaları arasında Zelenskiyə etimad səviyyəsi əhəmiyyətli dərəcədə - 61%-dən 53%-ə düşmüşdü.

Eləcə də, sorğunun nəticələrinə görə, ukraynalıların 69%-i seçkilərin yalnız yekun sülh razılaşmasından və müharibənin tamamilə bitməsindən sonra keçirilməli olduğuna inanır. Ötən ilin sonunda bu göstərici 59 faiz idi. Seçki keçirmək üçün atəşkəsin kifayət etdiyini düşünənlər isə kəskin azalıb. Bu göstərici 23%-dən 13%-ə enib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
azpolitika.info

1Mənbələr