Pep Qvardiola baş məşqçi kimi Çempionlar Liqasında ən çox oyun keçirənlər arasında ikinci yerə çıxıb.
Msport.az xəbər verir ki, “Mançester Siti”nin “Real”a qarşı cavab oyunu ispaniyalı mütəxəssisin yarışda 191-ci matçı olub.
“Mançester Yuneyted”in əfsanəvi məşqçisi ser Aleks Ferqyusonun aktivində 190 oyun var.
Yalnız bir məşqçi – Karlo Ançelotti onlardan daha çox oyun keçirib – 218.