AZ

Bazar mexanizmlərinə nəzarətin gücləndirilməsi vacibdir İqtisadçı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Hazırda ölkəyə kartof əsasən Türkiyə, Gürcüstan və İrandan gətirilir. Sonrakı yerləri isə Pakistan və Rusiya tutur. Yəni kartofa olan tələbat yarı yerli məhsul, yarı da idxal hesabına ödənilir. Qıtlıq yoxdur. Amma son aylar kartofun qiymətində ümumi artım müşahidə olunur”.

Bunu 525.az-a iqtisadçı ekspert Rəşad Həsənov deyib. Ekspert bildirib ki,. kartofun qiymətində artımlar ola bilər. Xüsusilə mart və aprel ayında gözləniləndir. Yerli kartof sonrakı aylarda çıxandan sonra isə qiymətlərin aşağı düşməsi də ola bilər:

“Məhsulun istehsalçıdan istehlakçıya çatana qədər bir neçə mərhələdən keçməsi qiymətin süni şəkildə artmasına səbəb olur. Kartofun bahalaşmasının qarşısını almaq üçün kənd təsərrüfatına subsidiyaların artırılması, müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin yaxşılaşdırılması və bazar mexanizmlərinə nəzarətin gücləndirilməsi vacibdir”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
525.az

1Mənbələr