AZ

Bir neçə incəsənət sahəsi üzrə yeni dərsliklər hazırlanır

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Son iki ilin mühüm istiqamətlərindən biri də incəsənət təhsilində tədris məzmununun yenilənməsi olub. Bu istiqamətdə əksər ixtisaslar üzrə tədris proqramları yenilənib, bütün ixtisaslar üzrə tədris planları müasirləşdirilib, ilk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərslik hazırlanıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"Bu dərslik incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından mühüm addım hesab olunur. Hazırda digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması istiqamətində işlər davam etdirilir". - deyə nazir bildirib.

Anar Kəlbiyev

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
unikal.az

5Mənbələr