AZ

Yeni Günəşlidə "şəlalə" - İçməli su qayalığa fışqırır

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində su problemi sakinlərin narazılığına səbəb olub.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, D massivində, 29-cu binanın yerləşdiyi ərazidə su boruları tez-tez partlayır. Sakinlər bildirirlər ki, problem artıq uzun müddətdir davam edir və hər ay ən azı iki dəfə təkrarlanır.

Onların sözlərinə görə, son iki ay ərzində məsələ ilə bağlı ADSEA-ya(Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) 4 dəfə müraciət edilsə də, problem köklü şəkildə aradan qaldırılmayıb: "Hər dəfə gəlib müvəqqəti təmir edirlər, taxta vurub gedirlər. Amma bir müddət sonra boru yenidən partlayır".

Şikayətdə qeyd olunur ki, nəticədə küçə su ilə dolur və sakinlər ciddi çətinliklərlə üzləşir.

Sakinlər problemin birdəfəlik həll olunmasını tələb edir.

Seçilən
7
far.az

1Mənbələr