AZ

Almeyda Braziliyada klubunu dəyişdi

Azərbaycan millisinin sabiq üzvü Riçard Almeyda komandasını dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi Braziliyanın “Primavera” klubundan ayrılıb D Seriyasında mübarizə aparan “XV Piraçiçaba” klubu ilə anlaşıb.

Sabiq “Qarabağ”lı “Primavera”nın heyətində 22 matçda 2 qol vurmuşdu.

Riçard millimizin heyətində 31 matça çıxıb, 3 qola imza atmışdı.

Seçilən
74
idmanxeber.az

1Mənbələr