AZ

Yenə niyə içmisən deyən arvadını döydü, qadın bağışladı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Abşeron rayonunda sərxoş vəziyyətdə evə gələn kişi arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 10-da rayonun Saray qəsəbəsində baş verib. Füzuli rayon sakini, 1984-cü il təvəllüdlü Seymur həmin gün gecə saat 23 radələrində yaşadığı Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə alkoqol sərxoşluğu vəziyyətində gəlib. Həmin ünvanda onunla bərabər yaşayan arvadı Səlimə (adlar şərtidir – red.) ona evə sərxoş vəziyyətdə gəlməsi ilə bağlı irad bildirib. Bu zaman tərəflər arasında həmin səbəbdən ailə məişət münasibətlər zəminində mübahisə yaranıb. Narazılıqla bağlı mübahisə baş verdikdən sonra Seymur həmin mübahisə əsnasında arvadının üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə onun göz, sifət, baş, sinə, qol və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, tərəflər arasında barışıq olub. Zərərçəkmiş təqsirləndirilən şəxslə barışması, ona qarşı şikayətini geri götürməsi ilə bağlı məhkəməyə sənəd təqdim edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
demokrat.az

1Mənbələr