AZ

“Əli Laricaninin yoxluğu İranın siyasi sisteminə təsir etmir” - İran XİN

İran İslam Respublikasının güclü siyasi quruluşu və sosial-iqtisadi təsisatları var.

Missiya.Az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.

Əraqçi, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ilə bağlı sualı cavablandırıb. O bildirib ki, liderin vəzifəsi və fərdi xüsusiyyətləri əhəmiyyətli olsa da, sistem bundan asılı deyil.

“Əlbəttə, insanlar təsirlidir və hər kəsin rolu var – bəziləri daha yaxşı, bəziləri daha pis, bəziləri daha az. Amma vacib olan odur ki, İrandakı siyasi sistem çox güclü quruluşa malikdir. Lider özündən daha vacib olmayıb, hətta öldürülsə belə, sistem fəaliyyətini davam etdirir və dərhal onun yerinə başqası təyin olunur. Əgər başqası öldürülərsə, nəticə eyni olacaq. Xarici işlər naziri vəzifəsindən ayrılsa, onun yerinə başqası təyin olunacaq”, – deyə Abbas Əraqçi vurğulayıb.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
95
missiya.az

1Mənbələr