AZ

Çörəyi burada saxlayın: qida dəyəri artır

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Çörəyi soyuducuda saxlamaq onun sağlamlıq üçün faydasını qoruya bilər.Bizim.Media xarici mediaya istinadla xəbər veirr ki, temperatur çörəkdəki nişastanın bioloji mənimsənilməsinə və qanda şəkərin səviyyəsinə təsir edir.Mütəxəssislər bildirirlər ki, çörək bişirilərkən tərkibindəki nişasta yarı bərk jel formasına çevrilir və bu vəziyyətdə orqanizm tərəfindən daha asan həzm olunur. Lakin çörək soyuduqda bu jel yenidən bərkiyir və hüceyrələrin onun tərkibindəki qlükozaya çıxışı çətinləşir.Araşdırmalar göstərir ki, çörəyi dondurucuda saxlamaq qanda şəkər və insulin səviyyəsinin kəskin artmasının qarşısını ala bilər. Bu isə metabolik pozuntuların və ürək-damar xəstəliklərinin yaranma riskini azaltmağa kömək edir.Eyni zamanda, çörəyin dondurulduqdan sonra əridilməsi və qızardılması da qlükoza səviyyəsinin aşağı düşməsinə təsir göstərə bilər. Məsələn, çörəyi mikrodalğalı sobada, tosterdə və ya tavada qızartmaq bu baxımdan faydalı hesab olunur.Xüsusilə çörəyin əvvəlcə dondurulması, daha sonra əridilib qızardılması üsulu daha effektiv sayılır. Tədqiqat iştirakçılarının bir hissəsində bu üsul qanda qlükoza səviyyəsinin təxminən 39 faizədək azalmasına səbəb olub. (Lent.az)Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
bizim.media

3Mənbələr