AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones sənaye indeksi 0,10% artaraq 46 993,26 bəndə, S&P 500 indeksi 0,25% yüksələrək 6 716,09 bəndə çatıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi 0,47% artaraq 22 479,53 bəndə yüksəlib.

APA-Economics” birja məlumatlarına istinadən xəbər verir ki, NYSE Composite indeksi 0,26% artaraq 22 315,54 bəndə, Kanadanın S&P/TSX Composite indeksi isə 0,16% yüksələrək 32 929,09 bəndə çatıb.

Avropa fond bazarlarında da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,53% artaraq 5 769,25 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,83% yüksələrək 10 403,60 bəndə, Almaniyanın DAX indeksi 0,71% artaraq 23 730,92 bəndə çatıb. Fransanın CAC 40 indeksi 0,49% artaraq 7 974,49 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 0,93% yüksələrək 17 248,70 bəndə qalxıb.

Asiya-Sakit okean regionunda isə qarışıq dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 2,56% artaraq 55 073,56 bəndə, Topix indeksi 2,25% yüksələrək 3 708,85 bəndə çatıb. Bununla belə, Honq Konqun Hang Seng indeksi 0,17% azalaraq 25 825,08 bəndə, Çinin CSI 300 indeksi isə 0,33% enərək 4 621,95 bəndə düşüb. Avstraliyanın S&P/ASX 200 indeksi 0,30% artaraq 8 640,10 bəndə, MSCI Asia Pacific indeksi isə 0,90% yüksələrək 241,57 bəndə çatıb.

Ümumilikdə, bazarlardakı müsbət dinamika əsasən investorların qlobal iqtisadi artımla bağlı gözləntilərinin yaxşılaşması, mərkəzi bankların faiz siyasətinə dair daha yumşaq mövqelərə ümidlərin artması və xüsusilə texnologiya sektorunda alışların güclənməsi ilə izah olunur. Bununla yanaşı, Asiyada bəzi indekslərdə azalma Çin iqtisadiyyatına dair qeyri-müəyyənlik və regional risklərin təsiri ilə əlaqələndirilir.

Seçilən
0
3
apa.az

4Mənbələr