Bakı. Trend:
ABŞ və Yaponiya hökumətləri Yaponiya ərazisində birgə neftehtiyatlarının yaradılmasını müzakirə edirlər ki, bu ehtiyatlarAmerika yataqlarından gələn tədarüklə doldurulacaq.
Trend-in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti xəbərverib.
Məlumata əsasən, belə bir razılaşma Yaponiyanın Baş naziri SanaeTakaiçi ilə ABŞ prezidenti Donald Tramp arasında martın 19-daVaşinqtonda keçiriləcək görüş zamanı elan edilə bilər.
Bu məlumatlara əsasən, layihə Tokionun əvvəllər ABŞ-ayatıracağına söz verdiyi 550 milyard dollarlıq investisiya hesabınamaliyyələşdiriləcək. Birgə neft ehtiyatlarının yaradılmasınaYaponiya investisiyalarının həcminin gələcək məsləhətləşmələrzamanı razılaşdırılması planlaşdırılır.