AZ

Millimiz növbəti oyununda Ukraynaya da uduzdu - AVRO-2027-nin seçmə mərhələsi

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqib komandanın 73:55 hesablı qələbəsi ilə bitib.

Azərbaycan yığması AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.

Seçilən
22
3
sportinfo.az

4Mənbələr