ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Ankara, 18 mart, AZƏRTAC
İran ətrafındakı münaqişə regional təhlükəsizliyə ciddi problem yaradır. Hərbi əməliyyatların coğrafiyası günbəgün genişlənir. Hazırkı vəziyyətdə Ankara böhranın yayılmasının qarşısını almağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Kanadanın xarici işlər naziri Anita Anand ilə Ankarada birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, baş verənlərin qarşısı alınmazsa, mənfi təsir həm region ölkələri arasındakı münasibətlərə, həm də ümumilikdə qlobal nizama mənfi təsir göstərəcək.
“Hazırda Livanın da “müharibə meydanına” çevrilməməsi vacibdir”, - deyə türkiyəli nazir əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.