Fauna və florası ilə zəngin olan Türkiyənin Qaziantep vilayətində bu dəfə nadir quş növü görülüb. Metbuat.az xəbər verir ki, Qaziantepdə “Hancağız” su hövzəsində ilk dəfə “takkeli cılıbıt” adlı nadir quş növü müşahidə olunub. “Takkeli cılıbıt” Türkiyədə 504 cü quş növü kimi rəsmi qeydiyyata alınıb. Yeni quşun şəklini çəkən fotoqraf Yakup Yener onun digər quşlardan fərqləndiyini deyib. Bu xəbər yerli mediada yayılandan sonra turistlər “Hancağız” su hövzəsinə axın ediblər. Qeyd edək ki, “takkeli cılıbıt”ın vətəni Afrika sayılır.