Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Prezidentin ailəsini şantaj edən F.S.-ni saxlayıb. Hadisənin detalları üzə çıxdıqca aydın olur ki, məsələ təkcə bir şəxsin cinayət əməli ilə məhdudlaşmır. Bu, planlı informasiya manipulyasiyası və ictimai rəyin yönləndirilməsi cəhdidir.
Publika.az-ın İctimai Televiziyaya (İTV) istinadla yaydığı məlumata görə, saxlanılan şəxsin telefonunda olan görüntülər heç də iddia edildiyi kimi “real faktlar” yox, şantaj məqsədilə hazırlanmış saxta foto və videolardır. Bu materiallar sosial şəbəkə və 18+ saytlardan götürülüb. Və kadrlarda yer alan qadın həmin platformalarda “amber lulu” ləqəbi ilə tanınan biridir.
İstintaq artıq həmin şəxsin əsl kimliyini, yaşadığı ünvanı və sosial media fəaliyyətini də müəyyən edib. Yəni ortada nə “gizli çəkiliş”, nə “ifşa”, nə də “sensasiya” var. Sadəcə, ucuz manipulyasiya və məqsədli yalan var.
“Bloqer” maskası altında təşkilatlanmış kampaniya
Ən diqqətçəkən məqam isə budur: bu kampaniyanı aparan, özlərini “bloqer”, “müstəqil araşdırmaçı”, "jurnalist" kimi təqdim edən şəxslər bütün bunları bilməyə bilməzdilər ki, istifadə olunan görüntülər açıq mənbələrdən götürülüb;
• Kadrlardakı şəxs asanlıqla identifikasiya olunur;
• Sosial şəbəkələrdə həmin qadının kifayət qədər açıq profili mövcuddur.