AZ

“Qatil Köçəryanı bağırlarına basmamılıydılar” – İranın incikliyinə REAKSİYA

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülməzdən öncə sonuncu açıqlaması müsəlman ölkələrin İranı dəstəkləməməsindən məyus olduğunu bəyan etməsi idi. “Bugünkü qarşıdurma əsasən bir tərəfdə Amerika və İsrail, digər tərəfdə isə müsəlman İranı və müqavimət qüvvələri arasındadır. Siz kimin tərəfindəsiniz?”, - deyə Laricani bəyan etmişdi.

Beləliklə, İran tərəfi müsəlman ölkələrindən İranın tərəfində olmalarını umduğunu bu şəkildə dilə gətirmiş oldu. İranın qonşuluğunda yerləşən müsəlman ölkələrindən biri də Azərbaycan Respublikasıdır.

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, yəqin Laricani o umu-küsünü edərkən Azərbaycanı da nəzərdə tutub, ancaq o, Azərbaycandan tərəf tutmağı umursa yanlış edib: “Əvvəla, İran unutmamalıdır ki, Azərbaycanın öz ərazilərindən heç zaman İrana qarşı istifadə edilməsinə imkan verməməsi Azərbaycanın qonşuluğa və münasibətlərə xüsusi diqqət göstərməsidir. Azərbaycanın bu davranışını İran yüksək qiymətləndirməlidir. Bir sıra müsəlman ölkələrinin ərazisindən İrana raketlər yağdırılır. İran yəqin ki, həmin ölkələrlə Azərbaycanı müqayisə edir. Etsələr bizdən müharibədə tərəf tutmağı ummazlar".

İranın Azərbaycandan “mənim tərəfimdə olmadın” deyərək inciməsinə haqqı çatmadığı barədə danışan politoloq deyib: "Necə deyərlər, zamanında əkməliydin ki, indi biçəsən. İran yaxın qonşuluğunda olan müsəlman Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal ediləndə, talan olunanda, məscidlər, dini tarixi abidələr dağıdılanda, yandırılanda seyrçi idi. Hətta bir sıra hallarda İranın mühafizəkar dairələri Ermənistanı müdafiə edirdi, İran Ermənistan üçün nəfəslik rolunu üzərinə götürmüşdü, İranın ermənilərə verdiyi yanacaqla erməni hərbi texnikaları Azərbaycanın torpaqlarının işğalı prosesində iştirak edirdi. Bu siyahını uzatmaq olar. İran əhalisinin yarıya yaxınının soydaşları olan insanların yaşadığı müsəlman Azərbaycanın 1990-cı illərdə müharibədə meydanda təkləndiyini görürdü. Təəssüf ki, İran hakimiyyəti təklənən müsəlman Azərbaycanın deyil, Azərbaycanı təkləyənlərin yanında idi. Odur ki, İran rəsmilərinin hansı müsəlman dövlətindən umacağı olsa da, Azərbaycandan ummağa mənəvi haqqı çatmır. Bu haqqı zamanında qazanmaq lazım idi”.

Politoloq qeyd edib ki, Xocalıda müsəlman uşaqları, qadınları, qocaları diri-diri yandıran, dərisini soyan Robert Köçəryan kimi qatilləri Ermənistanın prezidenti olaraq qucaqlayıb bağrına basmaq lazım deyildi: "Bilmək lazım idi ki, bir gün gələr, müsəlman qardaşlarının dəstəyinə ehtiyacın yaranar".

Etibar Seyidağa,
Musavat.com

Seçilən
33
50
musavat.com

10Mənbələr