AZ

Tusk: Hərbçilərimizi İrana göndərmək niyyətimiz yoxdur

Polşa Baş naziri Donald Tusk hərbçilərinin İrana göndərmək niyyətində olmadığını bəyan edib, çünki bu münaqişə ölkənin təhlükəsizliyi üçün birbaşa təhdid təşkil etmir.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tusk bunu hökumət iclasından əvvəl bəyan edib.

Onun sözlərinə görə, Varşava İranda hərbi əməliyyatlarda iştirakını nəzərdən keçirmir və bu mövqe Polşanın müttəfiqləri tərəfindən anlayışla qarşılanır:

"Bu bizim quru, hava və hərbi-dəniz qüvvələrimizə aiddir".

D.Tusk əlavə edib ki, müttəfiqlər, o cümlədən ABŞ-də bunu tam dərk edirlər və narahatlıq üçün heç bir səbəb yoxdur.

Polşa Baş naziri qeyd edib ki, Baltik dənizinin müdafiəsi ölkənin müdafiə strategiyasının əsas prioriteti olaraq qalır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı vasitəsilə neft alan dövlətlərin bu ərazidə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində iştirak etməli olduğunu bəyan etmişdi.

"Cebheinfo.az" 

Seçilən
17
2
cebheinfo.az

3Mənbələr