Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dəyişikliklər nəticəsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər. Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv ediləcək. Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq. Piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri də təşkil olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.