ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 mart, AZƏRTAC
Zəngəzur dəhlizi regionun gələcək güc balansını müəyyən edəcək və bu strateji yolun bərpası Türk dünyası üçün önəmli rol oynayacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Aydın Tağıyev deyib.
A.Tağıyev qeyd edib ki, bu yol yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmir, həm də Türk dünyasını birləşdirir və Avrasiyanın siyasi-iqtisadi xəritəsini yenidən cızır.
“Dəhlizin açılması ölkəmizin qardaş Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edəcək, İranın tranzit üstünlüyünü zəiflədəcək və Ermənistan üçün həm iqtisadi fürsət yaradacaq. Dəhlizin Türkiyə üçün gözəl faydaları olacaq, belə ki, Türkiyə bu dəhliz vasitəsilə Mərkəzi Asiya ilə quru əlaqə qazanaraq “Türk dünyası inteqrasiyası” layihələrində strateji üstünlük əldə edəcək. Bu dəhlizin açılışı nəinki Türk dünyasına, eləcə də digər ölkələrə faydalı olacaq. Məsələn, Çin “Bir kəmər, bir yol” təşəbbüsündə Zəngəzur dəhlizini Avropa ilə daha qısa və təhlükəsiz marşrut kimi görərək onlara da faydalı olacağını bilir. Avropa İttifaqı üçün bu dəhliz enerji və yükdaşımada alternativ xətt yaradır, Rusiyadan asılılığı azaldır. Bu il Ağbəndə qədər dəmir yolunun tikintisinin başa çatdırılması gözlənilir və bu, dəhlizin açılmasına real zəmin yaradacaq. Bu da ölkəmizin regionda və bu yol keçən hissələrdə nəqliyyat üstünlüyünə böyük avantaj olacaq”, - deyə A.Tağıyev qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.