AZ

Kroyffun “Barselona”sını arxada qoydular

İspaniya çempionatının 28-ci turunda “Sevilya”nı 5:2 hesabıyla məğlub edən “Barselona” yeni rekord müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, kataloniyalılar cari mövsümün ilk 28 oyununun hər birində rəqib qapısına yol tapmağı bacarıblar. Hans-Diter Flikin komandası bu göstərici ilə Yohan Kroyffun rəhbərlik etdiyi “Barselona”nın 1991/92 mövsümündəki göstəricisini arxada qoyub. Onda 28 turdan sonra komandanın aktivində 57 qol olduğu halda, hazırkı heyət artıq 77 dəfə rəqib qapılarını silkələyib.

Klubun tarixində mütləq rekord isə 2012/13 mövsümünə aiddir. Həmin vaxt komanda çempionatın bütün oyunlarında qol vurmağa nail olub.

Seçilən
27
1
football-plus.az

10Mənbələr