Qışda salatları bəzəyən turp tərkibindəki vitaminlər, minerallar və liflə tam sağlamlıq qaynağıdır.
"Ölkə.az" bildirir ki, çoxsaylı araşdırmalar turp yeməyin immuniteti gücləndirdiyini sübut edib.
Gündə bir turp yeməyin 7 faydasını təqdim edirik:
Hüceyrə zədələnməsinin qarşısını alır.
İmmuniteti gücləndirir.
Qan şəkərini balanslaşdırır.
Ürək xəstəliklərindən qoruyur.
Xolesterolu aşağı salır.
Həzmi asanlaşdırır.
Aclığı yatıraraq arıqlamağa kömək edir. (Axşam.az)