AZ

“Azərxalça” ASC ilə "Qarabağ" FK arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı ( FOTO)

Bakı. Trend:

“Azərxalça” ASC və “Qarabağ Futbol Klubu” ( Qarabağ FK) arasındaəməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Trend xəbər verir ki, “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşənsatış və sərgi salonunda baş tutan tədbirdə imzaları “Azərxalça”ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi EminMəmmədov və Q"arabağ" FK-nın Prezidenti Tahir Gözəl atıb.

Görüş zamanı Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələriilə futbol mədəniyyətinin vəhdətini əks etdirən, Qarabağ FK-nınbrend dəyərlərini təbliğ edən limitli xalça kolleksiyasınınyaradılması, istehsalı və satışı üzrə tərəflər arasındaəməkdaşlığın əsas prinsipləri müəyyən olundu. Anlaşma memorandumutərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı faydalıvə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraqkəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığınqurulması kimi vacib addımları dəstəkləyir.

Bundan sonra hər iki tərəf "Qarabağ" FK-nın rəsmi atributlarını,Qarabağ atlarını və Qarabağ bölgəsinə xas milli ornamentlərini,eləcə də Azərbaycan milli-mədəni irsini əks etdirən elementləriniözündə birləşdirəcək yeni xalça dizaynlarının yaradılması, onlarınçeşnilərinin işlənib hazırlanması, hazırlanmış çeşnilərə uyğunməhdud sayda xalça kolleksiyasının yaradılması, istehsal edilənməmulatların dünya bazarlarına çıxarılması və marketinq siyasətininmüəyyən edilməsi, tərəflərarası əməkdaşlıq kontekstində proqram vəlayihələrin həyata keçirilməsi və tərəflərin səlahiyyətləriçərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə üzrə birgətəşəbbüsləri həyata keçirərək əməkdaşlıq edəcəklər.

Çıxışlar zamanı həm Emin Məmmədov, həm Tahir Gözəl milliirsimizin qorunması, xalçaçılıq sənətinin inkişafı sahəsində fəaləlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmışmemorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edənsahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasındanməmnunluq hissi duyduğunu bildirib. “Azərxalça” ASC sədri xüsusivurğulayıb ki, “Azərxalça” ASC həm ölkə daxili, həm ölkə xaricindəbaş tutan bütün tədbir və sərgilərdə Qarabağ xalçaçılıq tarixi,xalçaları və ümumilikdə mədəniyyətini təbliğ edir. Bildirilib ki,öz növbəsində "Qarabağ" futbol kulubu da "Qarabağ" adını və bubölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsiləmütəmadi olaraq təbliğ edir. "Qarabağ" FK-nın Azərbaycan futboluüçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həmdə ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmətedir. Klub hazırda Cənubi Qafqazın futbol lideri hesab olunur.

“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
Seçilən
87
8
az.trend.az

9Mənbələr