AZ

Avropa İttifaqı rusiyalılara tövsiyyə verdi

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Avropa Komissiyası Rusiyalı şəxslərə qarşı bank sanksiyalarının necə tətbiq olunacağı barədə rəsmi tövsiyələr yayıb. Tövsiyələrə görə, Avropada müvəqqəti və ya daimi yaşayış icazəsi, vətəndaşlığı və ya uzunmüddətli D tipli vizası olan rusiyalılara sanksiyalar tətbiq olunmur. Buraya iş, təhsil, humanitar və ailə vizaları daxildir.

D tipli vizası olan şəxslər, sanksiyalardan azad olmaq üçün yaşadıqları ölkədə qeydiyyatdan keçməlidirlər. Bu, onların rəsmi rezident olduğunu təsdiq edir.

Banklara tövsiyələrdə deyilir ki, əgər rusiyalının Aİ, Avropa İqtisadi Bölgəsi və ya İsveçrə rezidenti olmadığını bilsələr, xidmət göstərməyə ara verə bilərlər. Amma bu, hesabın dərhal bağlanması demək deyil.

Eyni zamanda, Rusiyada qeydiyyatdan keçməyən, amma rusiyalılar tərəfindən idarə olunan şirkətlər sanksiyalara tabe deyil – yalnız əgər onlar sanksiyalardan yayınmaq üçün istifadə olunmursa.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
azpolitika.info

1Mənbələr