AZ

Kristensen Barselona da yalnız bu şərtlə qalacaq Təfərrüat

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" mərkəz müdafiəçisi Andreas Kristensenlə müqavilənin müddətini uzadır.

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı müdafiəçiyə hazırkı gəlirinin yarısı qədər maaş olmaqla, iki illik yeni müqavilə təklif edilib.

Müqavilədə onun oyun sayından asılı olaraq,  maaşının artırılması ilə bağlı bənd var. Klub həmçinin onun oyun praktikası olmadığı təqdirdə müqaviləsini çox aşağı qiymətə ləğv etmək hüququna malik olacaq.

Kataloniyalılar hazırda oyunçunun yükun cavabını gözləyirlər. Onun hazırkı müqaviləsinin müddəti yayda bitir.

Müdafiəçi hazırda  zədəsini sağaldır. O, dekabr ayında məşq zamanı sol dizindəki ön çarpaz bağın qismən cırılmasından əziyyət çəkir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
fanat.az

2Mənbələr