AZ

İran savaşda yeni sistemlərdən istifadə etməyə başlayıb Bu döyüş başlıqları işə düşüb

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İran savaşda yeni sistemlərdən istifadə etməyə başlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yayılan açıqlamada bildirilib ki, əməliyyatların yeni mərhələsi yüksək dəqiqlikli raket sistemləri, bərk və maye yanacaqlı döyüş başlıqları, eləcə də zərbə dronları ilə həyata keçirilir.

Məlumata görə, hücumlar səhər saatlarında başlayıb və hədəflərə “nöqtə atışı” prinsipi ilə zərbələr endirilir. Əməliyyatın detalları ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağı bildirilib.

Bu arada İsrailin Tehran və Beyrut istiqamətində həyata keçirdiyi hücumlardan sonra İran da cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib. İsraildə hava hücumu siqnalları yenidən işə düşüb.

Eyni zamanda, İsrail tərəfi İranın yüksək vəzifəli rəsmisi Əli Laricaninin öldürüldüyünü iddia etsə də, İran bu məlumatı təsdiqləməyib. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azpolitika.info

1Mənbələr