AZ

"Milan"da ara qarışdı: Ulduz futbolçu əsəblərinə hakim ola bilmədi

"Milan"da daxili gərginlik yaranıb.

Publika.az xəbər verir ki, İtaliya A Seriyasının 29-cu turunda "Latsio"ya 0:1 hesablı məğlubiyyətdən sonra Rafael Leao ilə Kristian Pulişiç arasında mübahisə baş verib.

Portuqaliyalı vinger 66-cı dəqiqədə əvəzlənməsindən sonra qəzəbini gizlətməyib. Komandanın baş məşqçisi Massimiliano Alleqri onu sakitləşdirmək üçün qucaqlamaq istədikdə, Leao iki dəfə nümayişkaranə şəkildə ondan uzaqlaşıb və məşqçiyə sərt formada iradlarını bildirib.

"La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, Rafaelin narazılığı oyun epizodları ilə bağlı olub. Pulişiç iki dəfə tərəfdaşının Adam Maruşiçin arxasına qaçışını görməzlikdən gəlib və ötürmə verməyib.

Portuqaliyalının meydandakı emosional jestləri sonradan paltardəyişmə otağında yüksək tonlu ciddi müzakirəyə çevrilib. Gərginliyi azaltmaq və futbolçuları sakitləşdirmək üçün Alleqrinin şəxsi müdaxiləsi lazım olub.

Seçilən
18
26
publika.az

10Mənbələr