ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Polşanın baş nazirin müavini, xarici işlər naziri Radoslav Sikorski Yaxın Şərq və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Ölkə.az xəbər verir ki, XİN rəhbərləri bu gün telefon danışığı aparıblar.
Söhbət zamanı R.Sikorski martın əvvəlində İrandan Azərbaycan ərazisinə həyata keçirilən dron hücumunu pisləyib və beynəlxalq hüququn bu cür pozulmasının yolverilməz olduğunu bildirib.
"Nazirlər, həmçinin Yaxın Şərqdə və Cənubi Qafqazda təhlükəsizlik sahəsindəki vəziyyəti müzakirə edib, eləcə də davam edən münaqişənin mümkün siyasi və iqtisadi nəticələrini nəzərdən keçiriblər", - Polşa XİN-dən bildirilib.
Azərbaycan XİN-in yaydığı məlumata əsasən isə, Polşa naziri ölkəsinin diplomatlarının və vətəndaşlarının İran ərazisindən təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.