AZ

ADEA yeni nəzarət sistemi yaradıb: İdxal və ixrac məlumatları inteqrasiya olunur

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin (ADEA) əsas vəzifələrinə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək daxildir.

ADEA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifələrin icrası məqsədilə, dövlət ehtiyatlarının vaxtında idarə olunmasının təkmilləşdirilməsi, keyfiyyətli monitorinqin təmin edilməsi, məlumatların dəqiq təhlili və proqnozlaşdırılması üçün agentlik daxilində mütərəqqi yanaşmaları tətbiq etməklə müasir nəzarət sistemi yaradılıb.

“Bu sistemin əsas məqsədi mövcud məlumat bazalarının inteqrasiyası və analitik imkanlarının genişləndirilməsi yolu ilə qərar qəbuletmə prosesinin səmərəliliyini artırmaq və dövlət ehtiyatları sahəsində tənzimləmənin daha effektiv şəkildə həyata keçirilməsini təmin etməkdir. Agentlik digər dövlət qurumları ilə daim sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində idxal, ixrac və digər statistik məlumatların qarşılıqlı mübadiləsi həyata keçirilir. Əldə olunan məlumatlar dövlət ehtiyatlarının tədarükünün planlaşdırılmasında mühüm rol oynayır”, - deyə qurumun məlumatında bildirilir.

 

Seçilən
59
1
azertag.az

2Mənbələr