AZ

Məktəbdə uşağı döyən..."dizinə döyəcək"

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, layihəyə əsasən, uşağa qarşı cismani cəzanın tətbiqinə görə cərimə tətbiq ediləcək. Qanun layihəsinə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək.

Həmçinin qeyd olunan əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Seçilən
15
16
musavat.com

10Mənbələr