AZ

Tarix fənni üzrə sertifikasiyanın test NÜMUNƏLƏRİ

Azərbaycan Respublikasında müəllimlərin sertifikatlaşdırılması prosesinə hazırlıq məqsədilə maarifləndirici tədbirlər davam edir. Bu çərçivədə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən tarix fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə vebinar təşkil olunub.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən tarix fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil olunan vebinarın spikeri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyinin tədris və elmi işlər üzrə direktor müavini, tarix müəllimi Aygün Rəhimova sertifikasiya imtahanlarında istifadə oluna biləcək mövzular barədə məlumat verib.

O, iştirakçılara təqdim olunan nümunə suallar vasitəsilə imtahanın məzmunu, strukturu və qiymətləndirmə meyarları haqqında ümumi təsəvvür yaradıb.

Vebinarda Azərbaycan və dünya tarixinə aid müxtəlif mövzuları əhatə edən suallar təqdim olunub. Bu suallar iştirakçıların analitik düşünmə, müqayisə aparma və tarixi hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyən etmə bacarıqlarının yoxlanılmasına yönəlib.

Qeyd olunub ki, belə maarifləndirici sessiyalar müəllimlərin sertifikasiya prosesinə daha hazırlıqlı yanaşmasına, həmçinin bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirməsinə xidmət edir.

Vebinarın sonunda isə müəllimlər üçün test nümunələri də təqdim olunub.

Seçilən
24
azedu.az

1Mənbələr