AZ

İRİA “EPAM Azərbaycan” ilə birgə yeni “Karyera Mükəmməlliyi” proqramına start verir

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) EPAM iləəməkdaşlıq çərçivəsində “İşə qəbul və öyrət" konsepti əsasında“Karyera Mükəmməlliyi” proqramına müraciətləri açıq elan edir.Proqramın məqsədi Azərbaycanda İT sahəsində erkən karyeramərhələsində olan istedadları cəlb edərək onların əmək bazarındayüksək tələbat olan bacarıqlara yiyələnməsini təmin etməkdir.

“Karyera Mükəmməlliyi” proqramı “İşə qəbul və öyrət" konseptiəsasında həyata keçiriləcək. Bu konsept işə qəbul və təlimprosesini birləşdirən müasir yanaşmadır. Belə ki, bu yanaşmaçərçivəsində iştirakçılar seçilərək işə qəbul olunur və onlaryalnız nəzəri biliklər əldə etmir, eyni zamanda real iş mühitində,gündəlik iş prosesinin bir hissəsi kimi praktik təcrübə qazanırlar.Proqramda qabaqcıl süni intellekt həllərinin tətbiqi ilə biznesanalitika, proqram mühəndisliyi, mobil tərtibatçılıq və digər İTistiqamətlər üzrə karyera inkişafı imkanları təqdim olunur.

Proqram müddətində iştirakçılar EPAM komandasının üzvü kimilayihələr üzərində çalışır, təcrübəli sənaye ekspertlərinin dəstəyiilə peşəkar bacarıqlarını inkişaf etdirəcəklər. Bu yanaşma öyrənməvə real iş təcrübəsini birləşdirərək iştirakçıların qlobal İTkaryerasına daha sürətli inteqrasiyasını təmin edəcəkdir.

“Karyera Mükəmməlliyi” proqramı beş ay davam edəcək və müraciətüçün əsas şərtlər İT sahəsində 1 ildən artıq iş təcrübəsi, minimumB1 səviyyəsində ingilis dili biliyi və tam ştat olmaqla distant vəya Bakı şəhərində ofisdə işləmək imkanının olmasıdır.

Proqrama müraciətlərin qəbulu 31 mart 2026-cı il tarixinədəkdavam edəcək.

Müraciətlər üçün link: Discover Exciting Job Opportunities | EPAM Careers

Qeyd edək ki, İRİA “EPAM Azərbaycan” ilə 2025-ci ildən etibarənəməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində “mygov Biznes”platformasının formalaşdırılması, həmçinin süni intellekthəllərinin yaradılması istiqamətində layihələr həyatakeçirilməkdədir.

Seçilən
113
10
az.trend.az

10Mənbələr