Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İsrail mediasına müsahibəsində deyib.
"Biz onlardan Rusiyaya silah verməmələrini xahiş etdik. Onlara dedik ki, "Şahid” PUA-ları mülki vətəndaşlarımızı öldürsə, İran rejimi Rusiyanın müttəfiqi olacaq. Onlar cavab verdilər: "Xeyr, xeyr, biz bu məsələdə müttəfiq deyilik. Biz ruslara yalnız bir partiya "Şahid” satdıq. Bu, 1200 və ya 1300 dron olacaq, bu qədər. Artıq çatdırılma olmayacaq”. Amma onlar yalan danışdılar”, - o bildirib.
Zelenski qeyd edib ki, İran Rusiyaya təkcə dronları deyil, həm də "Şahid” istehsalı üçün lisenziyaları təhvil verdi, bu dronların istehsalı üçün iki fabrik tikməyə kömək etdi və öncə "Şahid” PUA-larının istifadəsinə özü nəzarət etdi, sonra isə ruslara təlim keçib onları öyrətdi.