Azertag saytına istinadən ain.az xəbər verir.
London, 17 mart, AZƏRTAC
Böyük Britaniyanın milli aviadaşıyıcısı “British Airways” Yaxın Şərq istiqamətində uçuşların dayandırılma müddətini iyun ayına qədər uzadıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, şirkət Amman, Bəhreyn, Dubay və Təl-Əviv şəhərlərinə reyslərin 31 may daxil olmaqla ləğv edildiyini təsdiqləyib. Dohaya uçuşlar isə 30 aprelədək dayandırılıb.
Aviadaşıyıcı bəyanatında qeyd edib ki, qərar Yaxın Şərqdə mövcud vəziyyətin qeyri-müəyyənliyi və hava məkanında sabitliyin olmaması ilə bağlıdır. Bildirilib ki, bu addım həm də sərnişinlər üçün daha aydınlıq yaratmaq məqsədi daşıyır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.