AZ

Əraqçi və Quterreş regiondakı hərbi eskalasiyanı müzakirə edib

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Əraqçi və BMT baş katibiAntonio Quterreş regiondakı hərbi eskalasiyanı müzakirəediblər.

Trend-inməlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumatyayıb.

Məlumata görə, BMT baş katibi ilə baş tutan telefon söhbətindəİran xarici işlər naziri beynəlxalq ictimaiyyətin ABŞ və İsrailinİrana qarşı hərbi hava hücumları nəticəsində region və Hörmüzboğazı ilə əlaqədar yaranan təhlükəsizlik vəziyyətinə diqqətyetirməsini istəyib.

Əraqçi bildirib ki, Hörmüz boğazında yaranan vəziyyəti regionunbütün vəziyyətini nəzərə almadan diqqət mərkəzində saxlamaq olmaz.Çünki Hörmüz boğazından gəmilərin keçidindəki problem ABŞ vəİsrailin İrana hücumları nəticəsində yaranıb.

Telefon söhbətində BMT baş katibi Antonio Quterreş Fars körfəzi,Qərbi Asiya və dənizçiliyin təhlükəsizliyi ilə əlaqədar özmövqeyini bəyan edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr