525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qurban Abbasov adına Mədəniyyət sarayının fortepiano kursunun şagirdlərinin iştirakı ilə hesabat konserti keçirilib.
Restoranlardan birində təşkil olunan konsertdə təcrübəli müəllimə Nailə Babayevanın 12 yeniyetmə tələbəsi çıxış edib.
Hesabat konserti Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Himni fortepianoda Rasim Babayev səsləndirib. Ardınca isə digər yeniyetmə fortepianoçular öz məharətlərini nümayiş etdiriblər. Konsert zamanı şagirdlərin hər biri iki mahnı ifa edib.
Kursun fəal şagirdlərindən olan Mədinə Cəfərova əvvəlcə musiqisi Fikrət Əmirova, sözləri Zeynal Cabbarzadəyə məxsus olan “Qatar” mahnısını, daha sonra isə Ukrayna xalq mahnısını ifa edib.
Hesabat konsertində həmçinin, Mədinə Vəlisoy, Amira Babayeva, Banuçiçək Əlisoy, Leyla Teymurova, Nigar Allahverdiyeva, Cəmaləddin Teymurov, Elya Həziyeva, Gülçin Cəlilova, Sadiq Hüseynov və Dilək Həsənova da fortepianoda öz bacarıqlarını nümayiş etdiriblər.
Şagirdlərin çıxışları izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirin sonunda 45 illik təcrübəli pedaqoq Nailə Babayeva tərəfindən hesabat konsertinin iştirakçısı olan fortepianoçulara Təltifnamə təqdim edilib. O, tələbələrinə daha böyük uğurlar arzulayıb. N.Babayeva bu cür konsertlərin gələcəkdə də təşkil olunacağını söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.