AZ

Laricani hava zərbəsi nəticəsində ÖLDÜRÜLDÜ

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.

Milli.Az İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.

"Baş qərargah rəisi məni Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və "Bəsic"in rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb", - KİV-lər Katsın sözlərini sitat gətirib.

Daha əvvəl İran KİV-ləri məlumat yaymışdı ki, Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq.

Qeyd edək ki, Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi və fevralın 28-də öldürülmüş İranın ali lideri Əli Xameneinin müşaviri olub, nüvə proqramı və xarici siyasət üzrə danışıqlarda əsas rol oynayıb./Report.az

Milli.Az 

Seçilən
32
7
milli.az

10Mənbələr