Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Luçano Spallettinin “Yuventus”dakı aqibəti müəyyənləşib."Football-plus.az" xəbər verir ki, tanınmış insayder Nikolo Skiranın yaydığı məlumata görə, klub rəhbərliyi italiyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədi. Baş məşqçi ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanması nəzərdə tutulub. Yeni sözləşməyə əsasən, təcrübəli məşqçinin illik məvacibinin təxminən 6 milyon avro olacağı və bu haqda rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.Xatırladaq ki, Spalletti 2025-ci ilin oktyabrında istefaya göndərilən İqor Tudoru əvəzləyib. “Yuventus” hazırda A seriyasında 29 oyuna 53 xalla 4-cü yeri tutur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.